“Məşədi İbad” filmi haqqında bilmədiklərimiz

Məşhur klassik filmizin olan “Məşədi İbad” filmi ən yaxşı filmlərimizdən biridir.

Bəs bu film haqqında nələri bilirik?

Gununsesi.info “Məşədi İbad” filmi haqqında maraqlı məlumatları təqdim edir:

“Məşədi İbad” filmi ilk növbədə Azərbaycanın ilk rəngli bədii filmidir.

Filmdə bir sıra maraqlı hadisələr də yaşanıb ki, onların çoxu bilinməyən, yaxud geniş yayılmayan hadisələrdir.

Məsələn, yengə rolunu oynayan Münəvvər Kələntərli, qapının dəliyindən içəri baxarkən Sərvərin çıxması ilə yıxıldığı səhnədə kiçik barmağı həqiqətən sınmışdı.

Amma buna baxmayaraq, Münəvvər xanım çəkilişi saxlamamışdı və çəkiliş qrupu onun barmağının sınmağından çəkilişdən sonra xəbər tutmuşdular.

Qəribə məqamlardan biri budur ki, sözügedən filmimiz Yuqaslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və digər xarici ölkələrdə nümayiş etdirilib, tamaşaçılar tərəfindən sevilsə də, Bakı kinoteatrlarında nümayiş ediləndən sonra Respublika mətbuatında “müfəvvəqiyyətsiz film” başlıqlı kəsin tənqidi resenziya dərc edilmişdi.

Çəkilişləri yarım il davam edən filmdə əsas rollarda oynayan aktyorlar, həmin dövrün pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar alıblar.

Filmdəki Gülnaz rolunu oynayan Tamara Gözəlova sonradan başqa filmlərə təklif alsa da, heç birində oynamayıb.

Bu film onun ilk və son filmi, daha dəqiq, rolu idi.

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Məşədi İbad rolu üçün rejissor Hüseyn Seyidzadə, əslində, bu rola Mirzəağa Əliyevi çəkəcəkdi.

Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat etdiyi üçün, həmin rola Əliağa Əliyev çəkilir və Məşədi İbad olur.

 

Orxan Saffari

Gununsesi.info