HƏMAS-ın Livandakı liderlərindən biri Fateh Şerif Əbu əl-Əmin İsrailin ölkənin cənubundakı Sur (Tire) şəhərində fələstinli qaçqınlar düşərgəsindəki evinə endirdiyi aviazərbə nəticəsində həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, onunla birlikdə həyat yoldaşı, oğlu və qızı da öldürülüb.
İsrail Müdafiə Qüvvələri El-Aminin qətli ilə bağlı məlumat verməyib.
İsrail ordusu Beyruta endirilən zərbəni də şərh etməyib.
İsrail Müdafiə Qüvvələrinin son hesabatı Livanın Bekaa bölgəsində “Hizbullahın onlarla hədəfinə” hücumla bağlıdır.
İsrail Müdafiə Qüvvələri həmçinin “Livanın cənubundakı müxtəlif ərazilərdə” Hizbullah hərbi binalarına hücumlar təşkil etdiyini bildirib.
Xatırladaq ki, sentyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələri Beyrutun cənubundakı Dahiya ətrafındakı Hizbullah qərargahına, daha sonra isə oradakı bir sıra hədəflərə hava zərbələri endirib.
Zərbənin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub.
Ertəsi gün qrup onun öldürüldüyünü təsdiqləyib.
IDF qeyd edir ki, Hizbullah tez-tez obyektlərini yerləşdirmək üçün yaşayış binalarından istifadə edir, qərargahları onların altındakı bunkerlərdə yerləşir.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son iki həftə ərzində mindən çox livanlı ölüb, daha altı min nəfər yaralanıb. Bir milyona yaxın insan evlərini tərk etdi.
Şəbnəm
Gununsesi.info