Azərbaycanlı müğənni özünə Soçidə toy etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Hamm Alinin toyu olub. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı Soçidə özünə məclis təşkil edib. Şənlikdə onun duet ortağı Nəvai Bəkirov, müğənnilər Mişa Marvin, Elman və həyat yoldaşı Marqot, o cümlədən BahTee, Sergey Jukov iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanlı müğənnilərdən Əməkdar artist Ədalət Şükürov da məclisdə yer alıb. Rus mediasının yazdığına görə, toyda qonaqlardan gəlinin görüntülərinin paylaşılmaması da istənilib.

Orxan Saffari

Gununsesi.info