Dünya İqlim Fondu Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlığa başlayır -Foto

  • By ilhame
  • 30 Sentyabr 2024 13:58

Bu gün Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovla görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə məlumat verib.

Ü.Cəlilzadə bildirib ki, görüş zamanı Dünya İqlim Fondunun Prezidenti Yens Nilson Azərbaycanda yaşıl enerji sahəsində bir neçə layihəni həyata keçirməyə maraqlıdır: “Yens Nilson hətta onu da qeyd edib ki, COP 29-dan sonra da Azərbaycanla bu sahədə geniş əməkdaşlığa maraqlıyıq”.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov işgüzar görüş zamanı bildirib ki, Energetika Nazirliyi də bu cür əməkdaşlığa açıqdır.

 

“Görüş zamanı təqdim etdiyiniz layihələr çox maraqlıdır. Biz də bu layihədə iştirak etmək istərik. Avropa dövlətləri ilə ortaq bir layihədə əməkdaşlıq etmək bizim üçün çox maraqlıdır”.

Gununsesi.info