AK livanlılara 10 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) “Hizbullah”  ilə İsrail arasında döyüşlərdən zərər çəkən Livan vətəndaşlarına humanitar yardım üçün 10 milyon avro ayrıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verir.

AK böhran idarəçiliyi üzvü Janez Lenarcić  bildirib ki, Livan sakinlərinin həddindən artıq zorakılığa məruz qaldıb.

O, əlavə edib ki, Hizbullah və İsrail arasındakı qarşıdurmanın əvəzini günahsız mülki şəxslər ödəyir.

Avropa komissarı vurğulayıb ki, indi bütün tərəflər beynəlxalq humanitar hüquqa həmişəkindən daha çox hörmət etməlidir.

O, əlavə edib ki, fövqəladə humanitar maliyyə ən aktual ehtiyacları ödəmək üçün nəzərdə tutulub.

Bundan əvvəl Livanın baş naziri Nəcib Mikati bildirib ki, İsrailin hücumları səbəbindən təxminən bir milyon livanlı evlərini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, bu, əhalinin altıda bir hissəsidir.

 

 

Şəbnəm

Gununsesi.info