ABŞ “Helen” qasırğasında zərərçəkənlərə yardım göstərməyəcək

ABŞ prezidenti Co Bayden “Helen” qasırğasından zərər çəkən amerikalılara əlavə yardım göstərməkdən imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABS-CNB News məlumat yayıb.

“Biz onlara əlimizdə olan hər şeyi verdik. Biz çox çalışırıq”, – deyə o bildirib.

Amerika lideri həmçinin bildirib ki, hökumət zərərçəkənlərə əlavə resurslarla kömək etməyəcək, çünki dövlət onların xahiş etməməsinə baxmayaraq, onlara artıq çox şey verib.

“Helen” qasırğası nəticəsində ölənlərin sayı 110 nəfəri ötüb.

Bundan əvvəl amerikalı siyasətçi Lavern Spayser demişdi ki, Bayden administrasiyası tüğyan edən Helen qasırğası ilə əlaqədar ölkənin cənub-şərqində yaranmış çətin vəziyyətlə maraqlanmır.

Onun sözlərinə görə, Ağ Ev Ukraynadakı vəziyyəti müzakirə etməklə daha çox məşğuldur.

 

 

İlhamə

Gununsesi.info