30 sentyabrda bizdə və dünyada baş verən hadisələr

30 sentyabr 2009-cu ildə İndoneziyanın Sumatra adasında baş verən zəlzələdə min 115 adam öldü. Bəs bu tarixdə başqa hansı hadisələr olub?

Gununsesi.info tarixdə 30 sentyabrda baş verən hadisələri təqdim edir:

1.Sultan Süleyman Qanuni 30 sentyabr 1520-ci ildə Osmanlı taxtına çıxıb.

2.30 sentyabr 1472-ci ildə Quttenberq Bibliyanı çap edib və bu hadisə tarixə ilk kitab çapı kimi düşüb.

3.1618-ci ilin bu günündə I Abbas Səfəvi və Osmanlı hökmdarı Xəlil paşa Mərənddə sülh müqaviləsi imzalayıb. Bu müqavilə tarixdə Sərab sülhü kimi tanınır.

4.Sentyabrın sonu 1924 – Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

6.30 sentyabr 1139-cu ildə  Gəncədə dəhşətli zəlzələ baş verib.

7.30 sentyabr 1991-ci ildə Beynəlxalq Tərcüməçilər İttifaqı yaranıb Və o vaxtdan bu tarix tərcüməçilər günü kimi qeyd olunmağa başlanılıb.

8.30 sentyabr 1992-ci ildə  Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardu duş Santuş Anqola prezidenti seçilir.

9.30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib.

Orxan Saffari

Gununsesi.info