Amfibiyamız Manisa-Alaşehir istiqamətində yanğınlara cəlb olundu - VİDEO

  • By Günel
  • 30 Sentyabr 2024 09:42

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Gununsesi.info xəbər verir ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

Gununsesi.info