Fransada mühacir həyatı yaşayan keçmiş prokuror bıçaqlanıb

  • By admin
  • 30 Sentyabr 2024 09:34

Fransada mühacir həyatı yaşayan keçmiş prokuror Vidadi İsgəndərli bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosiaı şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Fransada Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərlinin mənzilinə naməlum adamlar hücum edib.
Hücum edənlər səhər saat 7.30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar. V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, Vidadi İsgəndərli özünəməxsus şəkildə sosial şəbəkələrdə ayrı-ayrı insanlara qarşı ağır təhqirlər səsləndirirdi.

O, məmurlarla yanaşı çoxsaylı iş adamlarını da söyüşlərə məruz qoyub.

 

Gununsesi.info