Moskvada yaşayış kompleksində yanğın 1 ölü, 2 yaralı

  • By Günel
  • 30 Sentyabr 2024 09:44

Moskvanın İlmensk rayonundakı “Seliqer Siti” yaşayış kompleksində yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın 5-ci, 6-cı, 7-ci və 8-ci mərtəbələri bürüyüb. Yanğın nəticəsində 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Rusiya Teleqram kanallarının məlumatına görə, yanğına səbəb olan partlayış qaz sızmasından meydana gəlib.

Gununsesi.info