Demokratlar Konstitusiyamızı məhv edəcəklər - Mask

Demokratlar Partiyası prezident seçkilərində qalib gəlsə, ABŞ Konstitusiyası məhv ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask X sosial şəbəkəsində bildirib.

“Demokratlar Konstitusiyamızı məhv edəcəklər” – dedi Mask vurğulayıb.

Belə ki, Mask ABŞ Prezidentinin İqlim Məsələləri üzrə Xüsusi Elçisi Con Kerrinin ABŞ Konstitusiyasına söz azadlığına zəmanət verən Birinci Düzəlişin “dezinformasiyaya qarşı mübarizədə ciddi maneə” olmasından şikayətlənən açıqlamalarına münasibət bildirib.

Kerrinin sözlərinə görə, “lazımi” dəyişiklikləri etmək üçün “demokratlar qarşıdan gələn seçkilərdə qalib gəlməlidir”.

Qeyd edək ki, daha əvvəl Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı demokratiyanı xilas edə biləcək yeganə şəxs adlandırmışdı.

 

 

Günel

Gununsesi.info