
Aİ ölkələrinin daimi nümayəndələri Brüsseldə keçirilən iclasda Rusiyanı xaricdə sabitliyi pozmaqda ittiham edərək ona qarşı yeni sanksiyalar rejimini təsdiqləyiblər.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı “xaricdə sabitliyi pozan fəaliyyət” iddiasına görə Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiq etməyi planlaşdırır.
Məlumata əsasən Aİ-yə üzv ölkələrin daimi nümayəndələri oktyabrın 2-də bir araya gələrək bu sanksiyaların çərçivəsini müzakirə edib təsdiq edəcəklər. İclas sənədinə Aİ Şurasının bu məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarı və qaydaları daxildir.
Daimi nümayəndələr tərəfindən təsdiq edildikdən sonra qərar nazirlər səviyyəsində təsdiqlənməlidir. Hazırda yalnız fiziki və hüquqi şəxslərin qara siyahılara salınması üçün meyarları müəyyən edən sanksiyaların ümumi çərçivəsi nəzərdən keçirilir.
Qeyd edilir ki, bundan sonra üzv dövlətlər də daxil olmaqla Avropa Komissiyası sanksiyalar məhdudiyyətlərinin tətbiqi üçün şəxslərin və təşkilatların konkret siyahılarını təklif edə biləcəklər.
Şəbnəm