
Səudiyyə Ərəbistanı oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “İzvestiya” yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
“Səudiyyə Ərəbistanı BRICS-in demək olar ki, bütün formatlarında iştirak edir. Bundan başqa, Ər-Riyad oktyabrda Kazanda keçiriləcək birləşmə sammitində təmsil olunacaq”, – nəşrin həmsöhbəti bildirib.
Sammitdə ölkənin təmsilçisi qeyd olunmayıb.
Sentyabrın 14-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox dövlət lideri BRİKS sammitində iştirakını təsdiqləyib. O əlavə edib ki, siyahı genişlənməkdə davam edir. O cümlədən, tədbirdə Bosniya və Herseqovina Srpska Respublikasının prezidenti Milorad Dodik, Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Sonradan məlum olub ki, sammitdə Qvineya-Bisau iştirak edəcək.
Sentyabrın 14-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox dövlət lideri BRİKS sammitində iştirakını təsdiqləyib. O, əlavə edib ki, siyahı genişlənməkdə davam edir.