ABŞ Tayvana hərbi yardım ayıracaq

ABŞ prezidenti Co Bayden Tayvana 567 milyon dollarlıq hərbi yardım əmri verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Dəqiqləşdirilir ki, ötən il Vaşinqton Müdafiə Nazirliyinin xətti ilə Tayvana 345 milyon dollar ayırıb.

Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Çin prezidenti Si Tsinpinlə görüşdə ABŞ-ın Çinlə münaqişəyə başlamaq niyyətində olmadığını bildirmişdi.

Onun sözlərinə görə, Amerika administrasiyası da Tayvanın müstəqilliyini dəstəkləmir.

 

 

Gununsesi.info