Kreml Hizbullah liderinin öldürülməsini pisləyib

Rusiya Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir. Biz hesab edirik ki, onlar regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə gətirib çıxarıb”, – deyə Kreml rəsmisi bildirib.

Peskov həmçinin vurğulayıb ki, Kreml “Hizbullah”  liderinin aradan götürülməsindən sonra Yaxın Şərqdə böyük müharibə riskləri yüksəkdir.

 

 

 

Gununsesi.info