Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişir - FOTO

  • By Günel
  • 30 Sentyabr 2024 12:55

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edir.

Gununsesi.info xəbər verir ki, ADY-dən verilən məlumata görə, 5 oktyabr 2024-cü ildən başlayaraq qatarlarımız hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.

Gununsesi.info