
30 sentyabr tarixində də dünyada bir çox məşhur şəxslərin doğum günüdür.
Gununsesi.info 30 sentyabr yad edilən məşhurların siyahısını təqdim edir:
- Ahmet Ümit– 1960-cı ildə doğulub. Türkiyə şairi və yazıçısı olan Ahmet Ümit, daha çox kriminal janrında olan romanları ilə tanınmışdır.
- Xpert– 1990-cı ildə anadan olan reper, hazırda Azərbaycanda ən məşhur repçilərdən hesab olunur. Əsl adı isə Şəhriyar Atababayevdir.
- Əziz Əkbər (Ələkbər) oğlu Əzizli-1933-cu ildə anadan olub. Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoqudur.
- Fikrət Məlikov-1966-cı ildə anadan olub. Azərbaycanlı aktyor və rejissordur.
- Flora Brovina- 1949-cı ildə anadan olub. O, məşhur Kosovo-alban jurnalisti, şair və ictimai xadimdir.
- Frensin Coy Dreşer- 1957-ci ildə anadan olub.O, ABŞ aktrisası və yazıçısıdır. Əlavə olaraq 1993-cü ildə “The Nanny” serialında da rol alıb və 2 dəfə Emmi mükafatına, bir dəfə də “Qızıl Qlobusa” namizəd göstərilib.
- Mövlana Cəlaləddin Bəlxi– 1207-ci ildə anadan olub. O, İslam və təsəvvüf dünyasından olan fars şair, mövlavi yolunun öncülü, panteizm fəlsəfəsinin nümayəndəsi hesab olunur. Onu dada çox “Mövlana”, “Rumi”adları ilə tanıyırlar.
- Şərif Qurbanəliyev– 1968-ci ildə anadan olub. O, azərbaycanlı rejissor, ssenarist, prodüser, aktyordur. “Ac həriflər”, Yurd yeri” kimi filmlərin ssenaristi, rejissorudur.
- 10. Vaqif İbrahim- 1945-0ci ildə anadan olub. Şairdir, Azərbaycan Yazıçılar Birliyinin üzvü və AzərbaycanSSR Lenin komsomolu mükafatı, o cümlədən, M.Qorki adına Ümumittifaq mükafatı laureatıdır.
Orxan Saffari