
Katoliklərin ruhani lideri Papa Fransiskin ölümündən sonra onun yerinə kimin keçəcəyi maraq doğurur. Ən güclü namizədlərdən biri də asiyalı din xadimidir. Filippinli kardinal Luis Antonio Qokim Taqle sosial ədalətə sadiqliyinə görə “Asiya Fransisi” adlandırılıb. Taqle seçilsəydi, ilk Asiya papası olacaqdı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda 88 yaşında vəfat edən Papa Fransisk müasir dövrdə Avropadan kənarda doğulmuş yeganə Papa idi. İndi ən güclü namizədlərdən biri olan kardinal Luis Antonio Qokim Taqle papalığa yüksələrsə, o, müasir dövrdə ilk Asiya papası olacaq.
Kardinal Taqle Vatikan daxilində “Çitto” ləqəbi ilə tanınır. O, tez-tez yoxsullarla əlaqə qurma qabiliyyətinə, iqlim dəyişikliyi ilə bağlı hərəkətə çağırışına və katolik ruhanilərinin geylərə, boşanmış insanlara və nikahsız analara qarşı “sərt” münasibətini tənqid etdiyinə görə “Asiya Fransisi” adlandırılır.
Lakin Filippindəki kilsənin lideri kimi o, ruhanilərin cinsi istismarı məsələsində təmkinli olduğuna görə tənqid edilib. Onun kilsədəki profili yüksəldikcə bu şikayətlər davam edirdi. Kardinal Taql keçmiş prezident Rodriqo Dutertenin ölkəsindəki narkotiklərlə mübarizəsinə düzgün münasibət bildirmədiyi üçün də tənqid edilib. Bu müddət ərzində on minlərlə insan edam edilib. Seminariyada Cardinal Tagle ilə birlikdə oxuyan keşiş Robert Reyes, “Əgər Çitto Duterte administrasiyası zamanı açıq və cəsarətlə danışsaydı, daha az insan ölə bilərdi” deyib.
Orxan