
Bakıda ağır qəza baş verdi.
Gununsesi.info Ajans.az-a istinadən xəbər verir ki, Bakıda, Heydər Əliyev prospektində Orxan Ələkbər oğlu Məmmədova məxsus 90 OY 015 dövlət nömrə nişanlı “Porşe” markalı avtomobillə ağır qəza törədilib. O öz avtomobili ilə motosikletçini vurub.
Hadisə yerindən əldə edilən fotolardan göründüyü kimi, motosiklet sürücüsü ağır yaralıdır.
Qeyd edilir ki, Orxan Məmmədov məşhur iş adamıdır.
Faktla bağlı araşdırma aparılır.