Fransa İranı məhkəməyə verir

Fransa konsulluq müdafiəsi hüququnu pozduğuna görə İranla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə hüquqi şikayət verəcək.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine deyib:

“İki Fransa vətəndaşı – Sesil Kohler və onun ortağı Jak Paris üç ildir ki, İranda saxlanılır”.

Fransa hər iki vətəndaşının Tehranın Evin həbsxanasında “işgəncəyə bənzəyən şəraitdə” saxlamaqda və lazımi konsulluq mühafizəsini təmin etməməkdə ittiham edib.

İran rəsmiləri isə ittihamları rədd edib.

Qeyd edək ki, cütlük həbs edildikdən sonra, 2022-ci ildə İran dövlət televiziyasında Fransa kəşfiyyat xidmətinə işlədiklərini etiraf etdiblər.

Gununsesi.info