Mahir Emrelinin komandası bu gün “Hannover”lə üz-üzə gələcək

  • By ilhame
  • 29 Sentyabr 2024 11:16

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası bu gün səfərdə “Hannover”lə üz-üzə gələcək.

 

Gununsesi.info-nun məlumatına görə, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edəcək.

 

Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

 

Qeyd edək ki, “Nürnberq” altı oyundan sonra yeddi xalla 13-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə on xalla 6-cı sıradadır.

Gununsesi.info