
Rusiyanın Nijni Novqorod vilayətinin Turtapka kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Nijni Novqorod vilayətində iki avtomobilin Turtapka kəndi ərazisində toqquşması nəticəsində 3 nəfər ölüb”, – məlumatda deyilib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info