Azərbaycanın iki təmsilçisi WAKO Dünya Kubokunun qalibi olub

  • By ilhame
  • 28 Sentyabr 2024 21:44

Azərbaycanın iki kikboksçusu Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan WAKO Dünya Kubokunun qalibi olub.

Gununsesi.info-nun məlumatına görə, K1 versiyasında Məhəmməd İmanov (60 kq) və Amin Quliyev (67 kq) mükafata sahib çıxıblar.

İmanov finalda Tailand idmançısı Panya Phongsakonu, Quliyev isə türkiyəli Ercan Tanrıverdini məğlub edib.

Gununsesi.info