Millimizin üzvləri Türkiyədə üz-üzə gəldi

  • By ilhame
  • 28 Sentyabr 2024 21:15

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Gununsesi.info xəbər verir ki, bu turda Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” yığmamızın digər üzvü Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nü qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start “11-lik”də çıxan Diniyev 76-cı dəqiqədə sarı vərəqə alıb, 83-cü dəqiqədə isə əvəzlənib.

Dadaşov isə matçın 59-cu dəqiqəsində meydana buraxılıb.

Gununsesi.info