Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb

  • By ilhame
  • 29 Sentyabr 2024 09:36

Bakının Yasamal rayonunda bədbəxt hadisə olub.

 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

 

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

 

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin dəqiq səbəbi araşdırılır.

Gununsesi.info