“Hizbullah”ın lideri önəmli fiqur idi - Hakan Fidan

  • By ilhame
  • 29 Sentyabr 2024 09:48

“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün önəmli fiqur idi. Onu əvəz etmək çətin olacaq”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda “TRT Haber”ə açıqlamasında deyib.

 

“ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, – nazir bildirib.

 

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.

Gununsesi.info