COP29-un prezidenti Kosta-Rikanın XİN başçısı ilə iqlim prioritetlərini müzakirə edib

  • By ilhame
  • 28 Sentyabr 2024 23:03

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə Mərkəzi Amerika ölkəsinin iqlim prioritetlərini müzakirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

 

“COP29 Sədrliyinin komandası bu gün Nyu-Yorkda BMT Baş Assambleyası zamanı Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre ilə Kosta-Rikanın iqlim prioritetləri barədə müsbət müzakirə aparıb. Sədrlik bütün tərəflərin səslərinin eşidildiyi inklüziv bir prosesin təmin edilməsinə sadiqdir”, – paylaşımda qeyd olunub.

Gununsesi.info