Bakıda avtomobilin vurduğu 3 yaşlı uşaq ölüb

  • By ilhame
  • 29 Sentyabr 2024 11:10

Bakıda avtomobilin 10 gün əvvəl vurduğu 3 yaşlı uşaq ölüb.

 

Gununsesi.info xəbər verir ki, sentyabrın 19-da Ramana qəsəbəsi Şuşa şəhərciyi qəsəbəsində Abdulla İsayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə 2021-ci il təvəllüdlü Kamil Əlizadəni vurub.

 

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info