Messi ABŞ klubunda növbəti qolunu vurub -Video

  • By ilhame
  • 29 Sentyabr 2024 10:11

Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-nin “İnter Mayami” klubunda növbəti qolunu vurub.

 

Gununsesi.info-nun məlumatına görə, 37 yaşlı hücumçu MLS çempionatında “Şarlott”la heç-heçə (1:1) etdikləri matçda fərqlənib.

 

Təcrübəli forvard 68-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

 

Qeyd edək ki, “İnter Mayami” hazırda 65 xalla liderdir.

Gununsesi.info