Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazandılar

Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ötən gün kişilər arasında -60 kq çəkidə Hüseyn Allahyarov gümüş medal, -66 kq çəkidə Rəşad Yelkiyev qızıl medal qazanıb.

 

 

Gununsesi.info