Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb - FOTO

  • By Günel
  • 30 Sentyabr 2024 09:25

Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Future” seriyalı “Kampala İnternational 2024” beynəlxalq turnirində gümüş medal qazanıb.

Badminton Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, mübarizəyə 1/16 finaldan başlayan Aqil – Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına yüksəlib.

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria – Lim Xuan cütlüyünə hər iki setdə uduzan (18:21,17:21) badmintonçularımız gümüş medalla kifayətlənib.

Gununsesi.info