Suraxanıda piyadanı maşın vurub

  • By ilhame
  • 29 Sentyabr 2024 09:57

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Həmidova Sevil Amanşah qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info