
Rafael Huseynov və Fariz İsmayılzadə Milli Məclis sədrinin müavinləri, Əli Əhmədov isə MM sədrinin 1-ci müavini olacaq.
Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir.
Qeyd edək ki, R.Hüseynov parlament azlığını, Fariz İsmayılzadə isə bitərəfləri təmsil edəcək.
Parlament çoxluğunu qazanan YAP isə spiker postuna Sahibə Qafarovanın, birinci vitse-spiker postuna isə Əli Əhmədovun namizədliyini artıq irəli sürüb.
***
VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.
Bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.
Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.
Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini (I müavin və iki müavin) olub.
Gununsesi.info