İran “Hizbullah” lideri üçün beş günlük matəm elan edib

  • By ilhame
  • 28 Sentyabr 2024 20:25

İran İsrailin hücumu nəticəsində həlak olan Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.

Gununsesi.info xəbər verir ki, matəm elan olunması ilə bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Gununsesi.info