
ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı verdiyi vədləri pozur.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Amerikanın “The Wall Street Journal” (WSJ) nəşri çıxış edib.
Məqalədə qeyd olunur ki, dövlət başçısı bu həftə Ukraynanın azadlığının tərəfdarı olduğunu bildirib, lakin onun administrasiyası Konqres və amerikalılarla Rusiya-Ukrayna münaqişəsində qələbə strategiyasını müzakirə etməkdən imtina edir.
Materialın müəllifləri onu da qeyd edirlər ki, Bayden komandası Ukraynaya kömək strategiyasını təqdim etmək üçün son tarixləri pozub.
Nəşrin yazdığına görə, o, sənədi 45 gün ərzində təqdim etməli idi, lakin bunu “aylar sonra” edib.