Mədəkiçiltmə əməliyyatı olunan 31 yaşlı qadın öldü

  • By Günel
  • 30 Sentyabr 2024 09:23

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info