Xəstə uşaqlar üçün həmin obraza qayıtdı - FOTOLAR

  • By Günel
  • 28 Sentyabr 2024 11:00

“Karib dənizinin quldurları” filminin sonuncu çəkilişindən 7 il sonra aktyor-müğənni Conni Depp yenidən həmin roluna qayıdıb.

Aktyor balaca pərəstişkarlarını sevindirmək üçün Cek Sparrou obrazında İspaniyanın San-Sebastian şəhərindəki Donostia xəstəxanasının uşaq onkologiyası şöbəsinə baş çəkib.

Sənətçi orada olduğu müddət ərzində illüziyanı pozmamaq üçün obrazını canlandırmağa davam edib.//Axşam.az

Gununsesi.info