3 gün öncə xəsarət alan uşaq xəstəxanada öldü

  • By Günel
  • 25 Aprel 2025 22:47

Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info