Yunanıstan səfirliyinin əməkdaşları Azərbaycan üzərindən təxliyə olundular - FOTOLAR

  • By Günel
  • 24 İyun 2025 20:05

Yunanıstanın İrandakı səfirliyinin əməkdaşları Astara Dövlət Sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə təxliyə ediliblər.

Gununsesi.info xəbər verir ki, onlar Azərbaycan ərazisindən keçərək, bölgəni tərk edən növbəti xarici diplomatik nümayəndələr sırasına qoşulublar.

Hazırda Azərbaycan ərazisindən istifadə edilməklə həyata keçirilən təxliyə əməliyyatları çərçivəsində ölkəni tərk edən əcnəbi vətəndaşların ümumi sayı 3 mini ötüb. Bu gün ərzində Yaponiya, Çin, Rusiya, Vyetnam və digər ölkələrə məxsus şəxslərin də təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təxliyə prosesi Azərbaycan tərəfindən yaradılmış xüsusi humanitar dəhliz vasitəsilə təşkil olunur və proses yerli və xarici medianın diqqət mərkəzindədir.(Teleqraf)