
Ukrayna Ali Radasının hakim “Xalqın xidməti” partiyasından olan deputatı Aleksandr Merejko ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyü müraciətini geri götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “Newsweek” jurnalına açıqlama verib.
O deyib ki, artıq Trampa və onun Ukraynada atəşkəsə nail olmaq qabiliyyətinə inamını tamamilə itirib.
Qeyd edək ki, deputat Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı təklifini ötən ilin noyabr ayında göndərib. O zaman Merejko Trampın dünyada sülhün bərqərar olunmasına əhəmiyyətli töhfə verdiyini və gələcəkdə daha çox iş görə biləcəyini bildirmişdi.