Cəlilabadda iki məktəb üçün yeni bina tikilir

  • By Günel
  • 24 İyun 2025 19:08

Cəlilabad rayonunda iki məktəb üçün yeni bina inşa olunur.

Gununsesi.info xəbər verir ki, rayonun Kövüzbulaq kənd tam orta və Musalı kənd tam orta ümumtəhsil məktəbləri üçün müasir standartlara cavab verən yeni binaların tikintisi davam etdirilir.

Hər biri 180 şagird yerlik olmaqla inşa edilən məktəblərdə işlər Elm və Təhsil Nazriliyi tərəfindən aparılır.

Binalarda müasir standartlara cavab verən geniş tədris otaqları ilə bərabər, açıq və qapalı idman meydançaları, laboratoriya otaqları, oxu zalı-kitabxanalar, bufetlər və digər zəruri infrastrukturlar mövcud olacaqdır.

Gununsesi.info