
Yaponiya öz sərhədləri daxilində ilk raket təlimini keçirdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hərbi rəsmiləri ölkənin şimalındakı Hokkaydo adasındakı atış poliqonunda raket təliminin keçirildiyini açıqlayıb. Rəsmilər bildiriblər ki, ölkə sərhədlərində keçirilən ilk raket təlimində Müdafiə Qüvvələrindən 300-ə yaxın əsgər iştirak edib.
Rəsmilər təlimin sahildən təxminən 40 kilometr uzaqlıqda pilotsuz qayığa qarşı Type-88 qısa mənzilli gəmi əleyhinə raketlərlə aparıldığını və nəticələrin hələ də qiymətləndirildiyini qeyd ediblər.
Yaponiya bundan əvvəl ABŞ və Avstraliya kimi digər ölkələrin ərazisində də raket sınaqları keçirmişdi.
Orxan