Tovuzda “Niva” aşıb: xəsarət alan var

  • By Günel
  • 24 İyun 2025 20:57

Tovuzda minik maşını aşıb, xəsarət alan var.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qalaboyun kəndində baş verib. Belə ki, hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info