Yeni bir pandemiya ortaya çıxır

Çində başlayan və bütün dünyanı əhatə edən koronavirus epidemiyasının ardından dünyada pandemiya qorxusu davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, alimlər Camp Hill virusunun ABŞ-ın Alabama ştatında aşkar edildiyini açıqlayıb və bu, Şimali Amerikada aşkar edilən ilk henipavirus olub.

Mütəxəssislər vurğuladılar ki, bu kəşf henipavirusların daha geniş coğrafiyada mövcud olduğunu göstərə bilər.

Hendra və Nipah kimi virusları ehtiva edən henipavirus ailəsi insanlarda və heyvanlarda ciddi xəstəliklərə və yüksək ölüm göstəricilərinə səbəb ola bilər.

Daha əvvəl Avstraliyada görülən Hendra virusu və Cənub-Şərqi Asiyada ölüm nisbəti yüzdə 40-75 arasında dəyişən Nipah virusu bu qrupun nə qədər təhlükəli ola biləcəyini göstərir.

Kvinslend Universitetindən Dr Rhys Parry, Alabamadakı kəşfin böyük əhəmiyyət daşıdığını ifadə edərək, “Bu, bu virusların düşünüləndən daha geniş bir yayılıma sahib olduğunu göstərir” dedi.

Camp Hill virusu Kanada və ABŞ-da tez-tez rast gəlinən şimal qısaquyruqlu siçanlarda aşkar edilib. Onun insanlara keçib-keçmədiyi hələlik məlum olmasa da, mütəxəssislər diqqətli olmağın vacibliyini vurğulayırlar.

Tədqiqatçılar qeyd edirlər ki, virusun insan sağlamlığına potensial təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var. Dr. Ariel İsaaks bildirib ki, bu virus ailəsinə qarşı peyvənd hazırlamaq onların prioritet məqsədlərindən biridir.

“Növbəti addımımız virusun hüceyrələrə necə daxil olduğunu anlamaq və ona qarşı effektiv qorunma yaratmaq olacaq” dedi Dr. İsaaks işlərin sürətlə davam etdiyini bildirib.

Yeni kəşf edilən Camp Hill virusu qlobal səhiyyə ictimaiyyətində yaxından izlənilir. Elm adamları virusun insanlara keçmə riskini araşdırarkən, ictimai sağlamlıq tədbirlərinin vacibliyini bir daha vurğulayırlar.

Orxan Saffari

Gununsesi.info