
Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən “Su şəbəkəsinə qoşulma” işçi qrupunun mətbuat konfransında deyib.
Bildirib ki, ADSEA layihənin həyata keçirilməsi çərçivəsində su şəbəkəsinə qoşulma qaydaları ilə bağlı təqdimat keçirməyi planlaşdırır:
“İştirakçılar təqdimat zamanı proseslə bağlı suallarını verə biləcək və mövzu geniş müzakirə olunacaq. Layihəyə sadəcə müşahidəçi kimi deyil, tam tərəfdaş kimi yanaşmağın vacibliyini vurğulamaq istəyirik”.