AŞ PA Gürcüstandan yeni seçki tələb etdi - “GÜRCÜ ARZUSU” İSƏ QURUMDAKI FƏALİYYƏTİNİ DAYANDIRDI

Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Gununsesi.info xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü arzusu” partiyasının üzvü Tea Tsulukiani deyib:
“Gürcü arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq.”
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, o da müəyyən şərtlərlə.
Bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub.
“Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında işi dayandırırıq”.