
2024-cü ildə əhalinin banklara borcu 1,5 milyard manat artaraq 8,5 milyard manata yaxınlaşıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Mərkəzi Bankın “Statistik Bülleten Dekabr 2024” buraxılşında bildirilir.
Bildirilir ki, 2024-cü ildə bankların kredit portfeli 4 milyard 294.7 milyon manat artmışdır.
Bu artımın böyük hissəsi biznes kreditlərindən (2 milyard 170.4 milyon manat), istehlak kreditlərindən (1 milyard 508 milyon manat) və ipoteka kreditlərindən (616.4 milyon manat) əldə edilib.
Qeyd edək ki, istehlak krediti fiziki şəxslərə (əhaliyə) təklif edilən nağd pul kreditləridir.