Narkotik ittihamı ilə həbs edilən məşhur aktyor azadlıqda

  • By admin
  • 27 Yanvar 2025 12:38

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Azərbaycanda tanınmış aktyor narkotiklə tutuldu - Cinayətkar qrupun üzvü imiş

 

Gununsesi.info-ya açıqlamasında Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib: “Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”. 

Afət Abbasova

Gununsesi.info