
Sosial media fenomeni Bibi Bugatti, 17 yaşında başlayan plastik əməliyyat prosesindən bu yana ümumilikdə 330 min dollardan çox pul xərclədiyini iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçirdiyi plastik əməliyyatla adından söz etdirən Bibi Bugatti Truly-a həyatının qaranlıq tərəflərindən danışıb.
27 yaşlı Bugatti, təxminən 10 ildir bədənində və üzündə çoxsaylı prosedurlar etdiyini söylədi.
İlk plastik əməliyyatını 17 yaşında dodaq dolgusu və botoksla etdirən Bugatti, daha sonra Braziliyada etdiyi omba qaldırma əməliyyatı zamanı əməl olunmayan prosedurlar səbəbiylə ölümlə üz-üzə gəldiyini söylədi.
Lakin bu cür mənfi təcrübələr plastik cərrahiyyə istəyinin qarşısını ala bilmədi.
Sosial media paylaşımlarında Dubaydakı dəbdəbəli həyatını ortaya qoyan fenomen xüsusilə TikTok-da tənqid hədəfinə çevrilir.
Son 3 ildə plastik əməliyyata daha çox pul xərclədiyini ifadə edən Bugatti, üz və döş implantları üçün 800cc-dən 1050cc-ə yüksəltmək üçün 83.000 dollar ödəyib. İllərdir rinoplastika və bədən liposaksiya əməliyyatları keçirən Bugatti xoşbəxt olmadığı vaxtlarda omba implantları etdirib.
Bugatti, görünüşünü Barbie və Kim Kardashiandan ilham alaraq yaratdığını ifadə etdi. O, həmçinin pişik gözü, yanaq və qaş qaldırma kimi əməliyyatlar keçirib.
“Bütün dostlarım məni qısqanır. Hollandiyadakı bütün dostlarımı blokladım” deyən fenomen sadə həyatın onun üçün olmadığını bildirib.
Plastik əməliyyat prosesində ailəsinin ona dəstək vermədiyini deyən Bugatti geyimi ilə bağlı reaksiyalara məruz qaldığını da bildirib.
Orxan Saffari