
İqlim dəyişikliyi, nüvə təhlükələri və dezinformasiya kimi qlobal böhranlar Qiyamət Saatının yenidən gecə yarısına yaxınlaşmasına səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1947-ci ildən bəri dünyada fəlakətə qədər olan məsafəni simvolizə edən bu saat son ayarla 89 saniyə qalmış müəyyən edilib.
1947-ci ildən bəri Atom Alimləri Bülleteni tərəfindən hər yanvar ayında yenilənən simvolik saat gecə yarısına bir saniyə yaxınlaşdı.
2024-cü il üçün gecə yarısına qədər 90 saniyə sabit qalan saat 89 saniyəyə təyin edilib.
Onun Donald Trampın vəzifəyə başlamasından cəmi bir həftə sonra keçirilməsi diqqət çəkib. Bu inkişaf beynəlxalq əməkdaşlıq normalarının zəifləməsi və qlobal təhdidlərə qarşı görülən tədbirlərin qeyri-adekvatlığı kimi qiymətləndirilib.
Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos Qiyamət Saatının ekzistensial təhlükələrə nə qədər yaxın olduğunu vurğuladı və dünya liderlərini təcili və cəsarətli liderliyə çağırdı. Santos xüsusilə dezinformasiya və zərərli texnologiyaların yayılmasının yaratdığı etibarsızlıqlara diqqət çəkib.
Santos bildirib ki, keçən il rekord temperaturların yaşandığı dünyada iqlim dəyişikliyinin planetə təsiri getdikcə pisləşir. O, həmçinin dezinformasiyanın artdığı bir vaxtda bu cür təhdidlərlə mübarizə üçün təcili tədbirlər görməyə çağırıb. O, xəbərdarlıq edib ki, yeni texnologiyalardan sui-istifadə etibarsızlıq hissini dərinləşdirir.
Orxan Saffari